Суббота
сен 30

"Möhtəşəm emosiyadır" - Valeriya Məmmədova

"Möhtəşəm emosiyadır" - Valeriya Məmmədova


"12 ildən sonra yenidən Avropa çempionatının yarımfinalına vəsiqə qazandıq. Bu, möhtəşəm emosiyadır".

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, bu sözləri voleybol üzrə millimizin oyunçusu Valeriya Məmmədova deyib.

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında komandamız inamlı çıxış edir. ¼ finalda Almaniya ilə qarşılaşan voleybolçularımız bu sınaqdan da üzüağ çıxıblar. Faiq Qarayevin yetirmələri 3:0 hesablı qələbə sayəsində adlarını 12 ildən sonra yenidən qitə birinciliyinin yarımfinal mərhələsinə yazdırıblar.

Matçla bağlı fikirlərini səsləndirən Məmmədova komandamızın layiqli şəkildə qələbə qazandığını bildirib. Təcrübəli libero artıq medallar barədə düşünməyin mümkün olduğunu vurğulayıb: "¼ final görüşü çox çətin idi. Almaniya yığması yaxşı oyun göstərdi. Buna baxmayaraq, onlar bizi dayandıra bilmədilər. Nəticədə sonluq istədiyimiz kimi oldu. Almaniya üzərindəki qələbədən sonra medallar haqda düşünə bilərik".

Qeyd edək ki, millimiz bu gün baş tutacaq yarımfinal matçında Hollandiya yığması ilə üz-üzə gələcək.

Комментарии (0)

Оставить комментарий