Пятница
янв 27

Almaniyanın "qol maşını" Azərbaycan millisində (RƏSMİ)

Almaniyanın "qol maşını" Azərbaycan millisində (RƏSMİ)


FIFA tərəfindən əslən Azərbaycanlı olan Renat Dadaşovun Azərbaycan millisinin heyətində oynamasına icazə verilib.

May.Az-in məlumatına görə, bu qərar AFFA-nın müraciətindən sonra reallaşıb.

Almaniyanın U-17 və U-19 yaşadək yığmalarında forma geyinmiş futbolçu Azərbaycanda keçirilmiş Avropa çempionatında da iştirak edib.

Almaniya yığmasında hücumçu mövqeyində oynamış futbolçu 20 rəsmi oyunda 17 qol vuraraq adını tanıdıb. Futbolçu hazırda "Ayntraxt Frankfurt"un U-19 komandasında forma geyinir. Futbolçunun tranfer qiyməti 200 min avrodur.

Комментарии (0)

Оставить комментарий