^
U

Ramil Quliyev Bərdədə törədilən terrora biganə qalmadı


Türkiyə yığmasının əslən azərbaycanlı atleti Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.

MAY.AZ-ın məlumatına görə, 30 yaşlı idmançı bununla bağlı "Instagram"da paylaşım edib.

O, üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb. Quliyev həmçinin sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və "Qarabağ Azərbaycandır" yazıb.

Təcrübəli atlet ermənilərin Gəncədə törətdikləri terror hadisəsi ilə bağlı paylaşım etmişdi.

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur.
Ramil Quliyev Bərdədə törədilən terrora biganə qalmadı
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: İdman Oxunub: 619 Tarix: 29-10-2020, 12:21
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az