"Qalatasaray"ın vitse-prezidenti xəstəxanadan evə buraxıldı


"Qalatasaray"ın vitse-prezidenti xəstəxanadan evə buraxıldı


“Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak xəstəxanadan evə buraxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, şəxsi “Twitter” hesabında məlumat yayıb.

Albayrak bildirib ki, 14 gün ərzində koronavirus səbəbindən yatdığı xəstəxanada müalicə alıb və indi müalicəsini evdə davam etdirəcək.

Xatırladaq ki, martın 18-də Abdurrahim Albayrak koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Onun həyat yoldaşı Şükran Albayrak və oğlu Hikmət Albayrakın test nəticələri də müsbət çıxmışdı. Ancaq Hikmət daha sonra özünü yaxşı hiss etdiyini bildirmişdi.

Qeyd edək ki, “Qalatasaray”ın virusa yoluxmuş baş məşqçisi Fatih Terim və klub prezidentinin köməkçisi Yusuf Günay iki gün əvvəl xəstəxanadan evə buraxılıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: İdman Oxunub: 25 Tarix: 1-04-2020, 23:11

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz