Sərhədi pozan Gürcüstan vətəndaşı saxlanıldı


Sərhədi pozan Gürcüstan vətəndaşı saxlanıldı


Oktyabrın 17-də Qax rayonu Üzümlü kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gür­­cüstan isti­qa­mətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Gürcüstan və­­təndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb.

DSX-nin Mətbuat Mərkəzindən MAY.AZ-a verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun Azərbaycan Respublikasının DİN tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) mad­­­dəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması müəy­yən­­ləş­diril­ib.

Həmin tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələkən AR vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürül­üb.

Hər 2 fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: Cəmiyyət Oxunub: 149 Tarix: 28-10-2019, 11:36

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz