Sürücülərə yazılan elektron protokolla bağlı şikayətlərə baxılmır - VİDEO
---
В закладки
Aydın Şükürov adlı vətəndaş məhkəmənin onun şikayətinə baxmamasından narazıdır.
Elektron protokollarla bağlı belə mübahisələrin çox olduğunu nəzərə alınanda məsələnin əhəmiyyəti böyüyür. Çünki yol polisi əməkdaşları hər mübahisə zamanı sürücülərə tövsiyə edir ki, məhkəmələrə müraciət etsinlər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu hakimlərin məlumatsızlığı ilə bağlıdır. Şikayətə baxılması üçün "İnzibati tənbeh tətbiq etmək haqqında qərar" adlı sənəd məhkəməyə təqdim edilməlidir. Amma verilən protokol qərar statusunda olmadığından ona baxılmır.
Hakimlər burada incə bir məqamı unudurlar.
Protokol da avtomatik olaraq 10 gündən sonra qərara çevrildiyindən digər şikayətlərə olduğu kimi ona da baxılmalıdır.
Ekspertin fikrincə, əksər hallarda hakimlər dövlət yol polisinin elektron məlumat bazasında protokolun qərarsız kimi göstərilməsini əsas gətirərək protokolu geri qaytarırlar.
Problemin həll edilməsi üçün məhkəmələrdə elektron protokolların qərara çevrilməsi nəzərə alınmalıdır. Əks halda süründürməçilik və vətəndaşı necə davranacağına suallar yaranır.
May.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Комментарии (0)
Sürücü haqlı olarsa o, inzibati məsuliyyətdən azad edilir. Bəzən yollarda yaranan tıxacları aradan qaldırmaq üçün hərəkəti tənzimələyən yol polisi əməkdaşı
Dünəndən başlayaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində (dyp.gov.az), ASAN xidmətin Asanpay.az saytında və Daxili İşlər Nazirliyinin
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Xarici İşlər Nazirliyinin Kollegiyası "Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün







