^
U

Baba nəvəsinə təcavüz etdi - 33 il iş kəsildi


"Spirtli içki içirdib, sakitləşdirməyə çalışdım"

Türkiyədə baba 13 yaşlı nəvəsinə dəfələrlə təcavüz edib.

MAY.AZ aznews.az-a istinadən xəbər verir ki, hadisə Bolu şəhərində qeydə alınıb.

Nəvəsinə təcavüz edən 59 yaşlı Fəttah G. 33 il 7 ay müddətinə həbs cəzasına layiq görülüb.

Hazırda 17 yaşında olan nəvə yaşadıqları barədə danışarkən bu anları unuda bilmədiyini deyib.

O, iddialarına görə, spirtli içki içirdib, dəfələrlə təcavüzünə məruz qaldığı babası haqda ailəsi ilə birlikdə Respublika Prokurorluğuna şikayət ərizəsi verib.

Şübhəli məhkəmə zamanı dindirilərkən nəvəsinin psixoloji problemləri olduğunu bildirib.

"Buna görə ona spirtli içki içirdib sakitləşdirməyə çalışdım. Qətiyyən onunla cinsi əlaqədə olmamışam. Tək məqsədim nəvəmə kömək etmək idi", - Fəttah G. qeyd edib.

Baş verənlərdən sonra psixologiyasının pozulduğunu deyən nəvə babasının onu həmişə aldatdığını deyib.

"Davamlı olaraq spirtli içki içirdib mənlə cinsi əlaqədə olurdu. İllərlə bu anları unuda bilmədim. Qorxumdan heç kəsə heç nə deyə bilmədim. Məni həmişə təhdid etdi. Psixologiyam hər keçən gün bir az da pozulurdu. Sonda baş verənləri ailəmə danışdım", - deyə nəvə vurğulayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sosial Oxunub: 740 Tarix: 27-11-2019, 23:50
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az