Пятница
ноя 15

Kredit borcu olan vətəndaşa ünvanlı sosial yardım düşürmü?

Kredit borcu olan vətəndaşa ünvanlı sosial yardım düşürmü?


Ünvanlı sosial yardımın verilməsi üçün 2016-cı ilədək vətəndaşdan kredit tarixçəsinin olub-olmaması barədə arayış tələb edirdilər.

MAY.AZ-ın verdiyi xəbərə görə, bunu e-huquq.az-a hüquqşünas Nemət Ağalarov adına kredit olan şəxsə ünvanlı sosial yardımın verilib-verilə bilinməyəcəyi məsələsinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, 2016-cı ildən sonra vətəndaşların sosial rifah halının qaldırılması haqqında qərara görə vətəndaşlara kredit borcunun olub-olmamasından asılı olmayaraq, ünvanlı sosial yardım verilməyə başlandı: “Bu da istisna hallarda verilir. Məsələn, 5 nəfərdən ibarət ailənin aylıq gəliri 300 manat təşkil edirdisə və o ailənin aylıq kredit ödənişi 150 manat idisə, ünvanlı sosial yardım verilmirdi. İndi isə ailənin aylıq kredit ödənişi 150 manatdan aşağı olanda ünvan sosial yardım verilə bilər. Bu da vətəndaşın sosial rifahının artırılması üçün atılan addımdır. Aztəminatlı ailənin çətin vəziyyətdən çıxması məqsədi güdülür. 150 manatdan artıq olanda isə ünvanlı sosial yardım verilmir”.

Комментарии (0)

Оставить комментарий