^
U

Avropa qış vaxtına keçir


Avropanın, demək olar, bütün ölkələrində oktyabrın 26-dan 27-ə keçən gecə qış vaxtına keçid olacaq.

RİA "Novosti" bildirir ki, əqrəblər bir saat geri çəkiləcək.

Bazar günü əhali üçün narahatlığı minimuma endirmək üçün seçilir. Belə ki, bu gün trafik də aşağıdır.

Qeyd edək ki, Azərbaycanda saatların əqrəbləri geri çəkilməyəcək.

Belə ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilib. Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən isə keçən il 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilib. Beləliklə, Azərbaycanda qış vaxtı qüvvədə qalıb. Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə, Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Bunu nəzərə alaraq, Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sosial Oxunub: 629 Tarix: 27-10-2019, 22:10
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az