Четверг
июл 28

Hepatitli xəstələrin sayı açıqlandı: 260 nəfərdə qaraciyər serrozu var

Hepatitli xəstələrin sayı açıqlandı: 260 nəfərdə qaraciyər serrozu var


Səhiyyə Nazirliyi hazırda qeydiyyatda olan hepatit xəstələrinin sayını açıqlayıb.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, hazırda hepatit B virusunun sağlam daşıyıcılarının sayı – 577 nəfərdir. 58 nəfər Hepatit B və hepatit D koinfeksiyasına, 77 nəfər isə Hepatit B və Hepatit C koinfeksiyasına yoluxub. 260 nəfər isə qaraciyər sirrozundan əziyyət şəkir.

Qeyd edək ki, bu gün Beynəlxalq Hepatitlə Mübarizə Günüdür. Bütün dünyada hepatitdən qorunmaq, virusun müalicəsi ilə bağlı maarifləndirmə tədbirlərinə başlanılıb. Səhiyyə Nazirliyinin əmri ilə yaradılmış komissiya hepatitli xəstələri qeydiyyata alır. Bu ilin birinci yarısında komissiyaya 1388 müraciət daxil olub.

Комментарии (0)

Оставить комментарий