Суббота
сен 28

Bu ölkədə körpələrə"Cihad" adı qoyulması qadağan edildi

Bu ölkədə körpələrə"Cihad" adı qoyulması qadağan edildi


Fransanın Dijon şəhərində körpələrə Cihad adı qoyulması qadağan olunub.

BiG.AZ musavat.com-a istinadən bildirir ki, buna əsas olaraq ictimaiyyətin neqativ reaksiya göstərə bilməsi və bununla uşağa zərər yetirə bilməsi ehtimalı göstərilib.

"Məhkəmə belə bir adın azyaşlı vətəndaşlarımız üçün zərərli olacağını və ona problem yaradacağını düşünür", - Dijon prokuroru Erik Mate bildirib.

Fransa mətbuatının məhkəmə dairələrinə istinadən verdiyi məlumata görə, valideynləri həmin körpəyə "Cahid" adı qoyublar. Əslində, Cahid də ərəb dilində eyni mənanı-güc və cəsarəti bildirir. Lakin hər halda bu isim müharibə anlayışı ilə uzlaşmır.

Media "Cihad" adı ilə bağlı prosesin 2018-ci ilin noyabrında başladığını xəbər edib.

"Hətta "Cihad" sözü ərəb dilində müqəddəs mücadiləni, əmək, mübarizəni ifadə edib müsbət məna daşısa belə, bu ad fundamentalist islamçı cərəyanlarla daha çox bağlı olacaq", - prokuror Erik Mate qeyd edib.

Комментарии (0)

Оставить комментарий