^
U

Azərbaycanda naməlum xəstəliyin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA


Bu günlərdə sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə məlumatlar yayılıb. İddia olunur ki, xüsusilə azyaşlıların bədənində yaralar yayılır, hətta qulaqlarından qan gəlir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu məlumatların heç bir əsası yoxdur.

“Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb.

Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb”, - deyə məlumatda bildirilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sosial Oxunub: 611 Tarix: 17-09-2019, 14:25
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az