^
U

Balıq yağlarının keyfiyyətli olduğunu necə bilmək olar? – Pediatrdan AÇIQLAMA


Bir balıq yağının keyfiyyətli olması üçün həmin yağ okean, dəniz dib balıqlarından istehsal edilməlidir. Ekoloji çirkli, dəniz dibində civə və s. ağır metalların hopduğu balıqlardan istehsal edilməsinə görə yaxşıca təmizlənməlidir. Balıq yağının tərkibində DHA yüksək olması şərtdir.

BiG.AZ e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-pediatr Aytən İsmayılzadə deyib.

Bəs balıq yağının keyfiyyətli olduğuna necə əmin olmaq olar?

Həkim qeyd edib ki, qablaşmanın üzərində yazılanlara əsaslanmaq olar, amma həmişə yox: "Məsələn, əgər həmin balıq yağı bizim bəzi dərman firmaları tərəfindən sifariş edilmişsə və yalnız bizim üçün istehsal edilmişsə, əlbəttə ki, üzərində yazılanlara inanmaq olmaz. Çünki, keyfiyyətli balıq yağı istehsalı yüksək texnologiya tələb edir. Yüksək texnologiya isə yaxşı pul. Ona görə balıq yağı ucuz ola bilməz. Amma bahalı olması da keyfiyyətli olması anlamına gəlməz. Bəzi işbazların ucuz qiymətə yüksək olmayan keyfiyyətli məhsul sifariş etməsi qaçılmazdır. Ona görə nəyə fikir verməliyik? Məsələn, Türkiyə istehsalı olan bir balıq yağının öz ölkəsində də məşhur olmasına".

Pediatr qeyd edib ki, uşaqların sağlamlığını düşünən və bu işə məsuliyyətlə yanaşan ölkələrin öz əhalisinin istifadəsinə təklif etdiyi balıq yağını idxal edib istifadə etmək olar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sosial Oxunub: 580 Tarix: 15-09-2019, 20:50
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az