Пятница
июн 21

Azərbaycanda sosial şəbəkə hesabı ilə ödəniş etmək mümkün olacaq

Azərbaycanda sosial şəbəkə hesabı ilə ödəniş etmək mümkün olacaq


Azərbaycanda elektron ticarət platformaları sosial şəbəkə hesablarından ödənişləri qəbul edə biləcəklər.

“APA-Economics”in etibarlı mənbəyə istinadən verdiyi məlumata görə, hazırda bu istiqamətdə işlər aparılır. Yeni üsulla ödəniş aparmaq üçün məhsulun linkinə vurmaq kifayət edəcək ki, ödənilən vəsait satıcının hesabına daxil olsun.

Xidmətin işə salınmasını sürətlənməsi merçant hesabın qeydiyyatının sadələşdirilməsindən asılıdır. Hazırda merçant hesabının qeydiyyatı bir neçə bank tərəfindən aparılır və bu prosedur təxminən 3 ayadək uzanır.

Layihəni ilkin olaraq Visa International ilə, gələcəkdə isə “Mastercard” sistemi ilə həyata keçirilməsi nəzərdə tutulur.

Комментарии (0)

Оставить комментарий