^
U

"Xərçəng sağalır, amma siz axmaqsınızsa, müalicə etmək mümkün olmayacaq"


"Alibaba" alış-veriş saytının təsisçisi, çinli milyarder Cek Ma İsveçrədə Davos İqtisadi Forumunda çıxış edib.

Ma xərçəng şişindən daha qorxulu, müalicəsi olmayan xəstəlikdən söz açıb.

Çinli milyarder şirkətdəki işçilərin hansı keyfiyyətlərinə üstünlük verməsi ilə bağlı aparıcının verdiyi sualı cavablandırıb.

"Mən özümdən ağıllı insanları işə götürürəm. Elə insanlar ki, dörd-beş ilə mənim rəhbərim ola bilərlər. Əgər siz axmaqsınızsa, bu xərçəng xəstəliyindəndə pisdir. Xərçəngi müalicə etmək olur. Amma siz axmaqsınızsa, sizi müalicə etmək mümkün olmayacaq", - Cek Ma bildirib.

"Alibaba" rəhbəri işəgötürmə zamanı insanların şəxsiyyətinə böyük önəm verdiyini və heç zaman təslim olmayan, düşdüyü çətin şəraitdən gileylənməyən nikbin xasiyyətli insanlara üstünlük verdiyini diqqətə çatdırıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sosial Oxunub: 800 Tarix: 24-01-2019, 13:35
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az