^
U

"Azərsu": Vəziyyət nəzarət altındadır


"Paytaxtda müşahidə edilən yağışla əlaqədar vəziyyət tam stabildir".

MAY.AZ bildirir ki, bunu modern.az-a açıqlamasında "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

Hazırda şəhərin müxtəlif nöqtələrində vəziyyəti müşahidə etdiyini deyən Anar Cəbrayıllının sözlərinə görə, bütün xətlər işlək vəziyyətdədir:

"Bütün xətlərimiz, kanalizasiya nasos stansiyalarımız, baxış quyularımız. Barmaqlıqlar hamısı normal qaydada çalışır. Bütün rayon rəisləri iş başındadır".

Qurum rəsmisinin sözlərinə görə, problemli ərazilər kimi bilinən Xırdalan, Binəqədi və digər ərazilərdə vəziyyət nəzarət altındadır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sosial Oxunub: 727 Tarix: 2-12-2018, 11:24
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az