Пятница
ноя 02

Nazirdən SƏRƏNCAM - Azyaşlıya təcavüz edən azadlığa çıxdığı üçün (VİDEO)

Nazirdən SƏRƏNCAM - Azyaşlıya təcavüz edən azadlığa çıxdığı üçün (VİDEO)


Türkiyənin Ədliyyə naziri Abdulhamit Gül Trabzonda 5 yaşlı uşağa təcavüz edən şüphəli şəxsi azadlığa buraxan hakim haqqında araşdırma aparılması üçün sərəncam verib.

MAY.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Trabzonda, 5 yaşlı qız uşağına təcavüz edən manyak polis tərəfindən tutulduqdan sonra sərbəst buraxılıb.

Ancaq həmin şəxs sosial şəbəkələrdə yazılan rekasiyalardan sonra yenidən saxlanıllıb. Ədliyyə naziri Ə.Gül bundan sonra həmin hakimlə bağlı qəti qərar qəbul edib.

Belə ki, hadisə Trabzonun Ortahisar mahalında baş verib. Məsud T adlı təcəvüzkar heç kimin gəlmədiyini fürsət bilib küçədə tək oynayan 5 yaşlı uşağa qarşı iyrənc əməlini gerçəkləşdirib. Kiminsə gəldiyini gördükdə isə təcavüzkar oradan uzaqlaşıb.

Комментарии (0)

Оставить комментарий