^
U

Mübariz Mənsimovun qardaşı qaçqın və məcbur köçkün ailəsinin borcunu qaytarmır (MÜRACİƏT)


"Palmali Holding"in sahibi Mübariz Mənsimovun qardaşı Mais Mənsimov ev-eşiyindən didərgin saldığı qaçqın və məcburi köçkün ailəsinin pulunu qaytarmaq istəmir.
Bu səbəbdən ailə Mübariz Mənsimova müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, ailə M.Mənsimovun facebook və digər poçt ünvanlarınıza dəfələrlə müraciət etsə də, heç bir cavab verilməyib.

Ailə üzvləri bildirib ki, Qərbi Azərbaycandan qaçqın və Şuşa şəhərindən məcburi köçkün düşərək 10 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 31 ünvanda ayrılmış təmirsiz 70 kv. metrlik mənzildə yerləşdirilib. Sonradan Əsgərov Nəriman Qasım oğlu həmin mənzilin yanındakı 374 kv metrlik Təmir tikinti idarəsinin obyektinin 12.75%-ni, yəni 47.6 kv metrlik çörək sexini Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 26.04.1999-cu il tarixli 001155 saylı çıxarışa əsasən öz adına özəlləşdirib. 2004-cü il tarixdə vətəndaş Fərhad Kazımov və özlərini "Palmali" Şirkətlər Qrupunun işçiləri və Sizin qardaşınız kimi təqdim edən Mais Mənsimov və ailənin qohumu (yeznə) olan Aşur adlı şəxs onların yaşadığı ünvana gələrək mənzili və çörək sexni alaraq yerində hündürmərtəbəli bina tikmək istədiklərini bildirdilər. Ailə ümumilikdə 117.6 kvmetrlik mənzil və çörək sexinin alqı-satqısını 80.000 manata raşılaşıb. Onlar əvvəlcə 48.000 min manat pul verdilər, qalan 32.000 min manat pulu mənzili boşaltdıqdan sonra verəcəklərini bildirdilər.
Razılaşmaya uyğun olaraq ailə onlara notariat kontoru vasitəsilə çörək sexi üzərində sərəncam vermək barədə etibarnamə verib, onlar isə pulu səhəri gün ofisdən götürməyi bildirdilər. Səhəri gün borclu olduqları 32.000 manat pulun əvəzinə 15.000 təklif etdilər. Ailə belə razılaşmadığımızı bildirdikdə, zor gücünə ailə üzvlərimizi yaşadığımız mənzildən çıxarıb, evdə və çörək sexində olan əşyaları küçələrə tökərək, traktor və buldozerlə evi və çörək sexini yerlə-yeksan etdilər. Həmin vaxtı evdə olan əşya və avadanlıqların çoxu yararsız hala düşüb, bəziləri isə itib. Nəriman Əsgərov bu səbəbdən də onlara verdiyi etibarnaməni ləğv etdi. Ailə məlum hadisələrlə bağlı dəfələrlə M.Mənsimovun qəbulunuza düşmək istəsə də, bizə imkan vermədilər. Sonradan 15.000 manat pulu da verməkdən imtina etdilər. Zərərçəkənlər həmin pula yalnız təmirsiz 2 otaqlı mənzil ala bilib və 14 nəfər ailə üzvü, həmçinin Astara rayonundan olan gəlinlə birlikdə orda yaşamağa məcbur qalıb.
Müraciət Orxan Əlizadə, Nəriman Əsgərov və 12 nəfər qaçqın və məcburi köçkün ailə üzvü tərəfindən edilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sosial Oxunub: 668 Tarix: 13-07-2018, 08:54
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az