Вторник
июл 03

Nazirlik: "Ölkə ərazisində rabitənin dayanıqlığı təmin olunub"

Nazirlik: "Ölkə ərazisində rabitənin dayanıqlığı təmin olunub"


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, ölkənin bütün ərazisində telekommunikasiya təchizatının dayanıqlığı təmin olunub.

MAY.AZ xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, iyulun 2-dən 3-nə keçən gecədən etibarən rabitə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Əlavə enerji qurğularının işə salınması nəticəsində ölkə ərazisində sabit və mobil telefon rabitəsi, internet, poçt, televiziya və radio yayımının fasiləsizliyi tam təmin edilib.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Комментарии (0)

Оставить комментарий