^
U

Dünyasını dəyişən xalq artistimizin ailəsi hirslidir: "Heç bir vida mərasimi olmayacaq" - FOTOLAR


Bu dəqiqlərdə xalq artisti Fuad Poladovun yas mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, vida mərasimində ictimaiyyət nümayəndələri də iştirak edirlər. Qonşuların, yaxınlarının dediyinə görə ailəsi çox hirslidir. Oğlu Ağarəhim Poladov vida mərasimin keçiriləcəkmi? Sualıma əsəbi halda “Heç bir vida mərasimi olmayacaq, birbaşa nəşi aparıb qəbirstanlığa dəfn edəcəyik, sizdən ricam heç bir foto çəkilməsin, xüsusilə də ailədən”.

Teatrda “niyə vida mərasimi olmadı?” sualına isə oğlu “biz belə məsləhət bildik” cavabını verib.

Fuad Poladov üçün rəsmi vida mərasimi keçirilmədi sualına Azərbaycan Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov isə belə cavablandırıb:

“Belə – belə sualları mənə ünvanlamayın, mənlik deyil, ailəsindən soruşun”

Xatırladaq ki, vida mərasimi 14.00-dək davam edəcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sosial Oxunub: 810 Tarix: 6-05-2018, 09:08
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az