Воскресенье
май 06

“WhatsApp” istifadəçiləri qəzəblənəcək - REKLAMLAR BAŞLAYIR

“WhatsApp” istifadəçiləri qəzəblənəcək - REKLAMLAR BAŞLAYIR


Dünyanın ən populyar messenceri olan "WhatsApp"da növbəti yenilik tətbiq olunacaq.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, messencerdə reklamlar təqdim olunmağa başlanacaq.

Bunu proqramçılar üçün keçirilən "Facebook F8" konfransında "Facebook"un vitse-prezidenti David Markus deyib. "Reklam mövzusunda bunu deyə bilərəm ki, "WhatsApp"ı reklamlar üçün açıq hala gətirəcəyik", - deyə o, bildirib.

D. Markus ilk addım kimi böyük şirkətlərə birbaşa istifadəçilərə reklam göndərmək imkanı verəcəklərini açıqlayıb.

Xatırladaq ki, ötən ay messencerin yaradıcıları Brayan Akton və Yan Kum istefa veriblər. Onlar messencerdə reklamların yerləşdirilməsinə qarşı idilər. İstefalardan sonra "Barclays" analitikləri "Facebook"un artıq "WhatsApp" üçün reklam satmağa başlayacağını təxmin etmişdi.

Xatırladaq ki, "Facebook" "WhatsApp"ı 2014-cü ildə 19 milyard dollara satın alıb.

Комментарии (0)

Оставить комментарий