^
U

Whatsap mesajlarınızı bu yolla oxuyurlar



“Kasperski Laboratoriyası” Android qurğularında Votsapdan ismarışların oğurlanması da daxil olmaqla, bir neçə zərərli fəaliyyəti icra edən yeni proqram aşkarlayıb.

May.az xəbər verir ki, virus böyük mobil operatorların saxta saytları vasitəsilə yayılır.

Məlumata görə, virus saytlarda istifadəçilərə internet əlaqəsini sürətləndirən vasitə kimi təqdim olunur. Qurğuya yükləndikdən sonra isə virus mobil telefon danışıqların yazılması, SMS-lərin və Votsap mesajlarının oğurlanması, GPS və təqvim məlumatlarına daxil olmaq kimi imkanlara sahib olur. “Skayqofri” (Skygofree) həmçinin təyin olunmuş məsafədə olduqda səs yazılmasını və mobil qurğunun vay-faya qoşulmasını təmin edə bilir.

“Skayqofri” bizim bu platforma (Android) üçün indiyə qədər qarşımıza çıxan ən güclü casus alətlərindən biridir”, - analitiklər bildirib.

Qeyd edək ki, “Skayqofri”nin yayılması 2015-ci ildən kütləvi xarakter daşımağa başlayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sosial Oxunub: 743 Tarix: 22-01-2018, 22:39
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az