Среда
янв 17

Van Qoqun yeni əsərləri tapıldı – FOTO

Van Qoqun yeni əsərləri tapıldı – FOTO


Parisdəki Montmartr adlı yüksəkliyin çəkildiyi əsərin Van Qoqa aid olduğu ortaya çıxıb.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, 2013-cü ildən bəri mütəxəssislər əsərin Van Qoqa aid olub-olmaması barədə araşdırma aparırlar.

Onlar artıq araşdırmaların sona yetdiyini bildirib. Açıqlamada bildirilib ki, bu əsər 1886-cı ildə Belçikanın Antyurpen bölgəsində, Van Qoq akademik təhsil alarkən çəkilib.

Bundan əlavə, başqa bir adsız əsərin də eyni texnika ilə çəkildiyi və onun da Van Qoqa aid olduğu ortaya çıxıb. Onların maddi dəyəri isə milyonlarla ölçülür.

Corcina Vermer tərəfindən 1917-ci ildə satın alınan əsər 2013-cü ildə nəvəsi tərəfindən qalan miraslar arasında tapılmışdı. O vaxtdan bəri əsərin sahibini dəqiqləşdirmək üçün bir qrup alim araşdırma aparırdı.

Qeyd edək ki, sözügedən əsərlər bu ilin may ayına qədər Sinqer muzeyində sərgilənəcək.

Van Qoqun yeni əsərləri tapıldı – FOTO

Комментарии (0)

Оставить комментарий