Понедельник
янв 15

Yol polisinin “BMW-320” maşınları satışa çıxarıldı: Qiymət 5200 manat (SİYAHI)

Yol polisinin “BMW-320” maşınları satışa çıxarıldı: Qiymət 5200 manat (SİYAHI)


Azərbaycanda dövlət qurumlarının bir sıra nəqliyyat vasitələri hərraca çıxarılıb.

Bu barədə May.Az-a Əmək məsələləri dövlət komitəsindən məlumat verilib.

Hərraca çıxarılan avtomobillər arasında Daxili İşlər Nazirliyinin tabeliyində olan “BMW-320” markalı avtomobilləri də var.

Komitənin dərc etdiyi siyahıda 2007-ci ildə istehsal edilən “BMW-320”-nin hərrac qiyməti 5200 manatdan başlayır.

DİN-nin tabeliyində olan və satışa çıxarılan “BMW-320” markalı avtomobillərin sayı 7-dir. Hərrac fevralın 13-də keçiriləcək.

Siyahı ilə bu linkdən tanış ola bilərsiniz.

Комментарии (0)

Оставить комментарий