^
U

ANS-in aparıcısı Almaniyadan sığınacaq istədi: "Mənən intihar etdim"


ANS-in keçmiş aparıcısı Tünzalə Rafiqqızı Almaniyadan sığınacaq istəyib.

BAKU.WS-in məlumatına görə, aparıcı bu barədə öz “Facebook” səhifəsində məlumat yayıb:

O, qızının səhhətində yaranan problemə görə ölkədən getdiyini bildirib:

"Əziz dostlar! Son 2 gündə mənə ünvanlanan coxsaylı suallara cavab olaraq, mən Zeynalova Tünzalə Rafiq qızı sizinlə bir məlumatı paylaşmaq istəyirəm. Son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təyziqlər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gəlib bu hökumətdən sığınacaq istəməyə vadar etdi. Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, mən buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Mən 40 illik həyatımı, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim! Allahdan özümə və mənim vəziyyətimdə olanlara səbr diləyirəm”.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sosial Oxunub: 977 Tarix: 24-11-2017, 17:26
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az