Среда
июн 22

Azərbaycanlı aktyor ağır xəstəlikdən əziyyət çəkir - Köməyə ehtiyacı var

Azərbaycanlı aktyor ağır xəstəlikdən əziyyət çəkir - Köməyə ehtiyacı var


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun səhhətində ciddi problemlər yaranıb.


May.Az məlumat verir ki, bu haqda aktyorun həmkarları sosial şəbəkədə məlumat yayıblar. Onlar bildirib ki, aktyor böyrək çatışmazlığından əziyyət çəkir.

Xəstəxanada müalicə olunmasına baxmayaraq aktyorun səhhəti yenidən pisləşib. Böyrəklərinin fəaliyyəti zəifləyən sənətçi təcili əməliyyat olunmalıdır. Lakin, aktyorun maddi imkanı aşağı olduğu üçün əməliyyat oluna bilmir.

Buna görə Rəhim Rəhimovun sənət dostları onun üçün sosial şəbəkə vasitəsilə çağırış ediblər.

Aktyor Kamran Ağabalayev ölkə başçısı İlham Əliyev və xanımı Mehriba Əliyevaya müraciət edərək Rəhimə kömək etmələrini istəyib.

Aktrisa Hüsniyyə Mürvətova isə Rəhim Rəhimova maddi yardım edilməsi üçün bank hesabı yaradıldığını yazıb:

"Rəhim Rəhimov xeyli müddətdir böyrək çatışmazlığı ve xroniki qlomerulonefritin kəskinləşməsi xəstəliyindən əziyyət çəkir. Son vaxtlar bu xəstəlik daha da kəskinləşdiyi üçün həkimlər təcili böyrək köçürülmə əməliyyatını vacib hesab edirlər. Bu əməliyyat böyük vəsait tələb edir. Bir aktyor maaşı ilə bu əməliyyatın həyata keçirilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq biz dostları, onun iradəsinin əksinə olaraq qərara gəldik ki, Facebook vasitəsi ilə bütün həmkarlarımıza, dostlarımıza, qohumlarımıza, iş yoldaşlarımıza müraciət edərək Rəhim Rəhimovun adına Kapital bankda açılan hesaba imkan daxilində yardım etmənizi rica edək. Hər iki böyrək funksiyasını yetərincə yerinə yetirə bilmədiyi üçün qanda kreotin miqdarı artmaqda davam edir. Odur ki, hamımız tələsməliyik! Bu müraciətə laqeyd qalmayan hər kəsə dərin minnətdarlığımızı bildiririk"

Rəhim Rəhimova maliyyə yardımı etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:

Benefisiarın adı: RƏHİM RƏHİMOV MƏMMƏD HÜSEYN
Bank Kapital-ı seçib kodu
Hesab: AZ19AIIB41010019440036391118
VÖEN: 9900003611

Xatırladaq ki, Rəhim Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1995-ci ildə Bakı şəhər 206 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşaların rejissoru fakültəsinə daxil olub. 2001-ci ildə həmin universitetin teatrşünaslıq ixtisası üzrə magistraturasını bitirib. 1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında işləyir.

Комментарии (0)

Оставить комментарий