Пятница
май 08

Putin Azərbaycan xalqını Qələbə Günü münasibətilə təbrik edib

Putin Azərbaycan xalqını Qələbə Günü münasibətilə təbrik edib


Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan o cümlədən, Gürcüstan, Ukrayna rəhbərlərinə və vətəndaşlarına təbrik mesajları göndərib.

Bu barədə Kremlin Mətbuat Xidmətindən bildirilib.

“Ölkələrimiz cəbhədəki cəsarətləri və arxa cəbhədə göstərdikləri fədakarlıqla nasizm üzərində qələbənin qazanılmasına kömək edən qəhrəmanların xatirəsini müqəddəs sayır. İndiki nəsillərin müqəddəs vəzifəsi saysız-hesabsız qurbanlar və məhrumiyyətlər hesabına azadlığı müdafiə edənlərin xatirəsini əbədi qorumaq, əziz veteranlarımıza diqqət və qayğı göstərməkdir”, - deyə təbrikdə qeyd edilir.

Mesajın müəllifi Böyük Vətən Müharibəsinin nəticələrini yenidən yazmaq, faşistlərin və onların silahdaşlarının törətdikləri qeyri-insani cinayətləri məhv etmək cəhdlərinə qətiyyətlə müqavimət göstərmək lazım olduğunu xatırladıb.

“Ataların və babaların döyüşlərinin ümumi xatirəsi müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın konstruktiv inkişafına, həmçinin koronavirus pandemiyası da daxil olmaqla, müasir çağırış və təhdidlərə qarşı çıxmaqda tərəfdaşlıq təmin edəcək”, - deyə Rusiya lideri bildirib.

Vladimir Putin eyni zamanda, bütün Böyük Vətən Müharibəsi veteranlarına səmimi minnətdarlığını bildirərək, onlara cansağlığı, xoşbəxtlik, firavanlıq və uzun ömür diləyib.

Комментарии (0)

Оставить комментарий