Понедельник
дек 30

Bakıda doğulan qüsurlu körpələrin sayı açıqlandı

Bakıda doğulan qüsurlu körpələrin sayı açıqlandı


2019-cu ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına doğuşla bağlı 2680 müraciət daxil olub.

BiG.AZ xəbər verir ki, bu barədə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının hesabatında qeyd edilib. Cari il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan ümumi müraciətlərin sayı 726693 olub.

Hesabata əsasən, onlardan 2670-i hospitalizasiya edilib. Hospitalizasiyadan imtina edilən hər bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq-mühafizə orqanlarına məlumat verilərək, ünvana polis əməkdaşları dəvət olunub.

Pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilib ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvəz aparatlarının köməyilə uzaq rayonlardan gətirilən 20 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 900 körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra edilib.

Комментарии (0)

Оставить комментарий