Суббота
дек 21

"Populyar olmaq çox asandır"- müğənni Ayan

"Populyar olmaq çox asandır"- müğənni Ayan


Son zamanlar müğənnilər daha çox İnstagram sosial şəbəkəsində məşhurlaşır, fenomenə çevrilirlər.

Mövzu ilə bağlı Müğənni Ayan Babakişiyeva sosial şəbəkədə özünü ulduz hesab edib məşhurlaşan həmkarlarına atmacalar atıb.

BiG.AZ xəbər verir ki, müğənni bu barədə "Show news" proqramına danışıb.

"Bizim dövrümüzdə İnstagram bu qədər məşhur deyildi. İndi İnstagram, Youtube, karaoke müğənnisi var. Hansısa karaoke kluba girir mahnı oxuyur, deyir məndən müğənni olar. Hansısa bəstəkarla işləyə bilərəm. O da bir ay çəkir, özünüz görürsüz. Bizim vaxtımızda çox çətin idi. Albomlar, disklər, kliplər, maqazin verilişində bir cümlə ilə kimisə qaldırıb, batırmaq çətin idi. Mənim İnstagramda yarım milyondan çox izləyicim olsa da, statistika dörd milyonu göstərsə də amma İnstagramla öyünmürəm. İnstagram yaşlı və orta nəsil üçün maraqlı deyil. Mən o insanların sevgisin qazandım. Həmin insanlar hər axşam tv qarşısında oturub sevdiyi müğənnini, aparıcını gözləyirlər. Mən o insanların sevgisin qazanıb bu yerə gəlib çıxmışam".

Samirə Qasımova

Комментарии (0)

Оставить комментарий