Вторник
дек 17

"Elə bil, mənim başımı kəsib başqa baş qoymuşdular"

"Elə bil, mənim başımı kəsib başqa baş qoymuşdular"


Şou-biznesdə saç əkdirənlərdən 3-cü, 4-cü adam mən oldum. Birinci deyəsən Elariz olub. Təzə-təzə saç əkdirmişdim, bir hay-küy qopdu. Elə bil ki, mənim başımı kəsib başqa baş qoymuşdular, nolmuşdu ki?"

Milli.Az xəbər verir ki, bunu əməkdar artist Cavanşir Məmmədov "Hər şey daxil"də bir zamanlar saç əkdirdiyi üçün onu tənqid edənləri xatırladarkən bildirib.

Sənətçi həmin insanları "geridə qalmış" adlandırıb:

"İndi hamı edir amma. Deməli, geridə qalan insanlar var. Ərəb ölkələrində, İranda, Türkiyədə 70-80 yaşında bir adam göstərin ki, başı ağappaqdır. Yoxdur elə şey. Bizdə necə olur, saqqala rəng qoyurlar, saça rəng qoyanda pis olur? Bunların hamısı gözgötürməzlikdir".

Комментарии (0)

Оставить комментарий