Среда
дек 04

"Bütün Bakı borca görə səni axtarır..." - Rəqsanəyə ağır sözlər

"Bütün Bakı borca görə səni axtarır..." - Rəqsanəyə ağır sözlər


“Heç ondan pul istəyən də yoxdur. Rəqsanə həyatda heç var ki? Qaçıb, Moskvadadır. Neçə dənə cinayət işi var. Arxasında o qədər cinayəti olan insan Bakıda qala bilməzdi. Dələduzluq edə-edə, ona-buna ata-ata villa tikdirməyə nə var ki? Burada təəccüblənəsi nə var ki?”.

Axşam.az xəbər verir ki, bu sözləri jurnalist Ülviyyə Alovlu Oxu.az-a açıqlamasında deyib.

O, “Rəqsanə Moskvada dünya şöhrətli pop ulduz Cennifer Lopezin villasının eynisini özü üçün tikdirir” şərhinə bu cür münasibət bildirib:

“Rəqsanədən fərqli olaraq, şəxsən mən Cennifer Lopezin villasında olmamışam. Rəqsanə CeyLonun evi kimi necə ev tikdirə bilər? CeyLonun evinin qiymətini heç bilirsiniz? Sənətlə müqayisə etsinlər özlərini. Adama deyən lazımdır ki, CeyLonun villasından tikdirirsənsə, bütün Bakı arxanca niyə borca görə ağlayır? Niyə axtarırlar səni?

İradə İbrahimovanın bacısının salonunda işləyən qızın adına Rəqsanə bacısı üçün mağazadan telefon alıb. Hələ də onun pulunu ödəyib qutarmayıb. Bu xırda-xırda borcları niyə ödəmirsən? Əyninə geyindiyin paltara görə səni məhkəməyə vermişdilər. Əgər yaxşı adamsansa, niyə qaytarmırsan borclarını? Mənə onun vicdan borcu qalıb. Bir Allahı bilər, bir də özü. Adam gərək yalançı olmasın”.

Ü.Alovlu Rəqsanənin müğənni qızı Aysun İsmayılovanın səsinin olmamasını söyləyərək, onu ələ salıb:

“Qızı getsin oxumağı öyrənsin. Notlara düşmür. O qədər pafoslu çıxışlardansa, özünü öldürməkdənsə, musiqi müəllimin yanına getsəydi, daha yaxşı olardı”.

Söz yazarı müğənnilərin fəaliyyətsizliyinə etiraz edərək, ifaçıları özünəməxsus şəkildə kateqoriyalara bölüb:

“Müğənnilərə yalnız mahnı yazıram. Digər fəaliyyət mənə maraqlı deyil. İnkişaf etmək istəyirəm. Prespektivi olan ifaçılar yoxdur. Hamı yatıb. Məlum məsələdir, bizdə prodüser mərkəzləri yoxdur. Bütün müğənnilər öz hesablarına dolanırlar. Son zamanlar toylar da səngidiyi üçün dəbdə də deyillər. Yalnız “A” və “C” kateqoriyada olan müğənnilərə təlabat var (gülür). Ona görə də “B”lər və “B”-dən aşağı olan orta prespektivli gənc ifaçılar gözlərini dikiblər toya. Birincilər yerini tutub bəkidiblər, aşağıdakılarda aşağıda qalıblar. Ortada da heç kim yoxdur. Boşluq var”.

Комментарии (0)

Оставить комментарий