Понедельник
ноя 18

"Lazım olsa, verərik məhkəməyə, qurtarıb gedər..."- Gündəmə bomba kimi düşən Kərim QALMAQALINA cavab gəldi

"Lazım olsa, verərik məhkəməyə, qurtarıb gedər..."- Gündəmə bomba kimi düşən Kərim QALMAQALINA cavab gəldi


"İnanırsınız ki, bir insan kimi deyirəm ki, Lalə xanım Kərimlə zəngləşmir, onların bir - birində heç telefon nömrəsi də yoxdur".

Bu sözlər adı Elçin Əlibəyli və Kərim Abbasov qalmaqalında hallanan əməkdar artist Lalə Məmmədova haqqında deyilib. Açıqlamanı müğənninin özü deyil, köməkçisi verib.

Sonxeber.az bildirir ki, Lalə xanımın köməkçisi həmçinin, "bu nə söhbətdir? İyrəndim.. Özləri bilsinlər" deyərək Lalə xanımın bu barədə heç bir açıqlama verməyəcəyini deyib:
"Lazım olsa, məsləhət bilib, məhkəməyə verərik, qurtarıb gedər. Gülməli bir şeydir. Lalə xanıma bu xəbər maraqlı deyil. Onun bu dəqiqə yardıcılıq işləri başından aşır".

Qeyd edək ki, Lalə Məmmədovanın adı müğənni Kərim Abbasovun tanınmış teleaparıcı Elçin Əlibəyli arasında olan qalmaqallı söhbətdə çəkilib. Xatırladaq ki, bir neçə gün əvvəl müğənni Kərim Abbasov şəxsi instaqram hesabında vaxtı ilə aparıcı Elçin Əlibəylinin ona cinsi münasibət təklif etdiyini açıqlayıb. Aparıcının gecikməyən cavabında isə maraqlı bir məqam yaşanıb. Belə ki, Elçin Əlibəyli Kərimə cavabında "Bir arvad var e, "Məktəb illərində ilişib qalan", bu onun ayaqlarını yuyur. Guya Elmlər namizədidir, heç elmi iş prosesindən belə xəbəri yoxdur. Saxta Elmlər namizədi Lalə Məmmədova".- deyərək Lalə Məmmədovanın adını çəkib.

Комментарии (0)

Оставить комментарий