Пятница
ноя 01

Məşhur reper dördüncü dəfə ata olacaq

Məşhur reper dördüncü dəfə ata olacaq


Rusiyalı reper Denis Ustmenko (Ciqan) və xanımı Oksana Samoylova dördüncü dəfə valideyn olacaq.

MAY.AZ xəbər verir ki, üç qız anası olan Oksana yenə hamilədir. Lakin cütlük bu xəbəri hələlik mediadan gizli saxlayır.

Jurnalistlər onların ailəsində qəribə ardıcıllıq aşkar ediblər. Belə ki, cütlüyün övladlarının hər birinin arasında 3 yaş fərq var. Samoylova sosial şəbəkədə tez-tez ailəsi ilə birlikdə fotolarını paylaşır.

Комментарии (0)

Оставить комментарий