Пятница
окт 11

Bəstəkar Xatirə İslamı və Vasif Əzimovu hədələdi: "100 min dollar tələb edəcəm"

Bəstəkar Xatirə İslamı və Vasif Əzimovu hədələdi: "100 min dollar tələb edəcəm"


Mahir gitara ustadı, bəstəkar Teymur Laçınlı bəstəsinin müdafiəsinə qalxıb.

BiG.AZ xəbər verir ki, “Mən səni sevən gündən” adlı mahnını ondan xəbərsiz oxuyan müğənnilər Xatirə İslam və Vasif Əzimova xəbərdarlıq edib:

“Bu bəstəni mən mərhum sənətkarımız Məhəbbət Kazımov üçün yazmışdım. Məhhəbbət Kazımovla mən uzun illər çiyinbə-çiyinə çalışmışıq. O, öz zamanında bu mahnını yetəri qədər gözəl ifa edib. Ondan sonra isə bir çox ifaçılar bu mahnını oxudular. Nə icazə alan var, nədə zəng edib halallıq alan. Bir mahnı müəllifi kimi bu mənə çox pis təsir edir. Son zamanlar isə “Mən səni sevən gündən” adlı bəstəmi Xatirə xanım, Vasif Əzimovun ifasında eşidirəm. Nə adımı çəkirlər, nədə zəng edib hallalıq alırlar. Axı bəstənin müəllifi ölməyib, sağdır. Bu gündən mahnımı oxuyanlara qadağa qoyuram. Əgər kimsə məndən icazəsiz “Mən səni sevən gündən” bəstəmi oxusa məhkəməyə verib ondan 100.000 dollar tələb edəcəm”- deyə Teymur Laçınlı bildirib.

Комментарии (0)

Оставить комментарий