Воскресенье
сен 15

"Klublarımızda mahnılarımıza "səviyyəsizdir" deyib, səsləndirmirlər"

"Klublarımızda mahnılarımıza "səviyyəsizdir" deyib, səsləndirmirlər"


Aparıcı Samir Bayramlı klublarda yerli müğənnilərimizin mahnılarının səsləndirilməməsindən şikayətlənib.

O, bu barədə “Facebook”da status yazıb:

“Niyə klublarda müğənnilərimizin mahnıları səsləndirilmir? Dünyanın hər yerində ən elit, səviyyəli klublarda ən çox səsləndirilən öz ifaçılarının mahnılarıdır. Bizdə isə mahnı istəyəndə deyirlər ki, səviyyəsizdir. Səbəb? Ölkədə nömrə bir olan müğənnilərinin heç birinin mahnısı klublarda səsləndirilmir. Maraqlıdır və mənasızdır”.(axşam)

Комментарии (0)

Оставить комментарий