^
U

İbrahim Tatlısəsin Urfada doğulduğu mağara Xəliliyə bələdiyyəsi tərəfindən muzeyə çevriləcək.

Bu barədə Tatlısəs Urfa və Xəliliyə bələdiyyə başqanları ilə keçirdiyi ortaq mətbuat konfransında deyib. Doğulduğu şəhərdə olmaqdan şad olduğunu bildirən məşhur sənətçi uşaq vaxtlarında çox kasıb olduqlarını və insanların bunu bilməyinin lazım olduğunu bildirib:

"İnsanların doğulub böyüdüyüm mağaranı görmələrini istəyirəm. Yağış, qar yağanda anam altımızdakı çulu qapıdan asırdı. Niyə? Yağış, su içəri girməsin deyə.Kasıb ailənin uşağı olmuşam, mağarada doğulmaqdan da qürur duyuram. Sonra Allah yeri ya qulum dedi, yeridik. Hər şey allahın əmr etdiyi kimi olur, başımıza qəza gəldi. Olsun, yenə də çox şükür , 3 gəmi, 3 villa, 2 təyyarəm var. Hər şey üçün şükür edirəm".

Qeyd edək ki, muzeyin bir il işində insanların xidmətinə veriləcəyi planlaşdırılır.

İbrahim Tatlısəsin doğulduğu mağara muzeyə çevrilir - FOTO
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Şou-biznes Oxunub: 910 Tarix: 27-08-2019, 01:14
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az