^
U

"Nahidə balıq kimi idi" - VİDEO


Bu gün “Hər şey daxil” verilişində Əməkdar artist Nahidə Orucovanın doğum günü qeyd edilib.

Proqramın digər qonağı aktyor Novruz Qartal aktrisa ilə yeni bir tamaşada rol alacağını söyləyib. Sənətçi bildirib ki, N.Orucova onun anası obrazında olacaq.

“Biz Nahidə xanımla bir çox işlərdə bir yerdə çalışmışıq. Qismət elə gətirdi ki, eyni teatrda işləməyə başladıq. O, tamaşada mənim həyat yoldaşımı, qızımı canlandırıb. İndi isə anamı canlandıracaq” deyə, N.Qartal söyləyib.

Bu zaman proqramın aparıcısı Tarix Əliyev “Belə model ana olar?” deyə, bildirib.

Aktyorun isə cavabı özünü çox gözlətməyib:

“Əvvəl belə deyildi, maşallah, balıq kimi idi. Qəşəng idi, indi isə daha da gözəlləşib. Xarici kino ulduzlarına oxşayır”.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Şou-biznes Oxunub: 751 Tarix: 18-07-2019, 20:35
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az