Вторник
апр 23

“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı yayımlandı - FOTO - VİDEO

“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı yayımlandı - FOTO - VİDEO


“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı yayımlandı - FOTO - VİDEO

İsrailin paytaxtı Tel-Əviv şəhərində keçiriləcək “Avrovizya 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Çingiz Mustafayevin tanıtım çarxının çəkilişləri yekunlaşıb.

Rakus.az xəbər verir ki, “Arzulamağa qərar ver: rəqs et” mövzusundakı bir dəqiqə qırx üç saniyəlik (01:43) videoçarx Azərbaycan və İsrail dostluğu ilə yanaşı, müsabiqə iştirakçılarının birliyini də nümayiş etdirir. Müxtəlif və biri-birindən gözəl məkanlarda reallaşan çəkiliş prosesi maraqlı xatirələrlə yadda qalıb.

Xatırladaq ki, müğənni Çingiz Mustafayev Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarım finalda 18-ci nömrə ilə təmsil edəcək.


Комментарии (0)

Оставить комментарий