Четверг
янв 24

Nazəninə görə Təranə və Musaya qadağa qoyuldu

Nazəninə görə Təranə və Musaya qadağa qoyuldu


Müğənni Təranə Qumralın "Xəzər" telekanalında dava salması ona baha başa gəlib.

Axşam.az-ın məlumatına görə, sözügedən telekanalda Təranə və Musa Musayev cütlüyünə qadağa qoyulub. Son bir neçə müddətdir ki, onlar kanaldakı heç bir verilişə dəvət olunmurlar.

Qeyd edək ki, Yeni il ərəfəsində "Hər şey daxil" verilişinə dəvət olunan Təranə orada proqramın layihə rəhbəri və aparıcısı Tarix Əliyevlə (Tolik) dava edib. Buna səbəb isə müğənni Nazənin olub. Belə ki, Nazənin studiyada olan Təranəyə görə başqa bir otaqda növbəsini gözləyib.

O, Təranə getdikdən sonra studiyaya girəcəyini deyib. Tolik Təranəyə oxuduqdan sonra gedə biləcəyini bildirib. Bu vaxt isə T.Qumral studiyada səs-küy yaradıb və onu mühafizəçilərin köməkliyi ilə kanaldan çıxarıblar.

Комментарии (0)

Оставить комментарий