Пятница
янв 18

Murad Bozdan örnək davranış

Murad Bozdan örnək davranış



Türkiyənin məşhur müğənnisi Murat Boz Türk Təhsil Vəqfinə 250 min TL pul bağışlayıb.

MAY.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Hürriyet" qəzetində məlumat verilib.

Bildirilib ki, idarənin direktor müavini Şenol Özdemir əvvəlcə bank hesablarına külli miqdarda maliyyə yatırıldığını öyrənib. O, daha sonra dəqiqləşdirmək üçün qeyd olunan nömrə ilə əlaqə saxlayıb. Məlum olub ki, həmin pulu Murad Boz göndərib.

Pop ulduz "Pulu, əlbəttə, Vəqfin hesabına göndərmişəm. Təhsilə bir qatqım olsun deyə" telefonda bildirib.

Комментарии (0)

Оставить комментарий