Среда
ноя 14

"Solo konsertin həyəcanındandır" - Murad Arifdən Faytonçu Nazimə cavab - AÇIQLAMA

"Solo konsertin həyəcanındandır" - Murad Arifdən Faytonçu Nazimə cavab - AÇIQLAMA


Bu gün mətbuatda Faytonçu Nazimin aparıcı, bəstəkar Murad Arif haqqında fikirləri birmənalı qarşılanmayıb.

"Mən hesab edirəm ki, mənim əzizim, qarşılıqlı hörmətdə olduğum Faytonçu Nazim ilk sola konsertin həyacanından çox həssas və qıcıqlıdır"

Bu sözləri MAY.AZ-a açıqlamasında aparıcı, bəstəkar Murad Arif bildirib. O, Faytonçu Nazimin konsert həyəcanından belə bir fikirləri söylədiyini açıqlayıb:

"O, Murad Arifin ən yüksək katoqoriyalı aparıcı olduğunu əla bilir, çox yüksək səviyyədə xəbərdardır. Bu barədə dəfələrlə canlı efirlərdə bütün ölkəyə bəyan edib. Bildiyim qədəri ilə, həmkarlarımın ifasında yazdığım, bəstələdiyim, cızma-qara etdiyim bir neçə musiqini də hətta sevərək dinləyir. Öz ifama gəlincə isə, apardığım məclislərdə ifamı da görüb, tamaşaçıların isti münasibətini də görüb. Ümumi rəyim isə, o, ilk solo konsertin həyacanındadır. Hər halda, ola bilsin ki, bu həyacanın nəticəsində də belə bir açıqlama verdi. Amma, məni çox sevindirdi ki, müsahibənin davamında mənə olan müsbət münasibətini xüsusilə, vurğuladı və söhbətin tək Murad Arifdən getmədiyini qeyd etdi. Murad Arif olaraq da, öz növbəmdə qarşıdan gələn konsertində və yaradıcılıq işlərində böyük uğurlar arzu edirəm"

Qeyd edək ki, Faytonçu Nazim oxu.az -a müsahibəsində "Gözəl bəstəkarlarımız var. Bunlar bəstəkarlığı niyə oxuyub? Yerindən duran deyir ki, bəstəkaram. Əvvəl aparıcı idi, başladı mahnılar yazmağa, indi də özü oxuyur. Mən bilmirəm, bu, müğənnidir, aparıcıdır, ya bəstəkardır. Ay qardaş, sən kimsən? Ola bilməz ki, sən həm müğənni, aparıcı və bəstəkar olasan. Bu da təkəbbürlülükdən xəbər verir. Təkəbbürlülük yalnız Allaha məxsusdur. Murad Ariflə münasibətim çox yaxşıdır. Murad Arifə qarşı etirazım yoxdur, axı, tək o, deyil. Guya, mən musiqi yaza bilmərəm ki? Amma yazmıram" bu fikirləri bildirmişdi.

Şahidə Tapdıq

Похожие новости
{title
Cəbhədə son vəziyyət
14-01-2018, 17:23
{title
Gözəl qalmağın sirri
26-12-2019, 22:55
Комментарии (0)

Оставить комментарий