Вторник
ноя 13

2018-ci ilin ən yaxşı filmi seçildi

2018-ci ilin ən yaxşı filmi seçildi


“People's Choice Awards 2018” mükafalandırma mərasimi keçirlib.

May.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika tamaşaçıları 2018-ci ili ən yaxşı filmini seçiblər. “Qisasçılar: Sonsuzluğun müharibəsi” kino-komiksi "İlin filmi" nominasiyasında qalib gəlib.

"İlin aktyoru" adına "Qara panter" filmində rol alan Çedvik Bouzman, "İlin aktrisası" adına Skarlet Yohansan layiq görülüb.

"Ən yaxşı dram" kateqoriyasında "Azadlığın Əlli Çaları" qalib olub və filmdə rol alan Ceymi Dornan ən yaxşı drammatik rol üçün mükafatlandırılıb.

Qeyd edək ki, "Peoples Choice Awards" mükafatı tamaşaçı səsverməsinin nəticəsinə görə verilir.

Gülnar Qafarlı

Комментарии (0)

Оставить комментарий