Пятница
окт 26

Brilliant: Oğlum deyir ki, mənimlə yaşasa, arvadı ilə yata bilməz - VİDEO

Brilliant: Oğlum deyir ki, mənimlə yaşasa, arvadı ilə yata bilməz - VİDEO


Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev son günlər mətbuatda yayılan fotoları barədə açıqlama verib.

Oxu.Az-a danışan Cahad bildirib ki, fotolar reklam üçün çəkilib:

“Mən o şəkilləri içkinin reklamı üçün çəkdirmişdim. İçki ilə aram elə də yaxşı deyil. Amma yüksəklik qorxum olduğu üçün təyyarədə olanda bir az içirəm. Azərbaycanda bir ilə yaxındır ki, içki biznesi ilə məşğul oluram. Düzdür, şəxsi iş yerim deyil. Mən, sadəcə, orada çalışıram”.

O daha sonra bildirib ki, motosiklet sürməyinə qadağa qoyulub:

“Motosiklet sürməyimə qadağa qoyulub, hətta mənim öz motosikletim də satılıb. Əgər Bakıda kirayə motosiklet verən yer bilirsinizsə, mənə xəbər edin” (gülür).

Brilliant Dadaşova isə Baku.TV-yə danışaraq söyləyib ki, oğlu siqaret və içkidən uzaqdır:

“Radioda “Gəlinlə qayınananın bir yerdə yaşamağı düzgündür?”, - deyə mövzu qoyulmuşdu. Dedim ki, oğlum evlənəndən sonra məmnuniyyətlə onunla bir yerdə yaşayaram. Oğlum isə deyir ki, anamla eyni evdə yaşasam, həyat yoldaşımla yata bilmərəm. Çünki atam və anam olan yerdə bu, düzgün deyil. Bu, bir mədəniyyətdir.

Bütün bunlar ona verdiyim tərbiyədən irəli gəlir. Tanıyanlar çox gözəl bilir ki, oğlum siqaretdən və içkidən uzaqdır. O, siqaretlə, içki ilə şəkil də çəkdirə bilər, bunu edən insanlar tam əksinə, şəkil çəkdirmir. Oğlum idmanla məşğul olur, magistraturanı oxuyub.

Demirəm ki, oğlum mükəmməldir. Atası da, mən də çalışmışam ki, o, yaxşı vətəndaş olsun. Yazılanlar məni narahat etmir. O zaman narahat edərdi ki, yazılanlar doğru olardı. Hər bir şey yazıla bilər, bu, qorxulu deyil”.

Brilliant: Oğlum deyir ki, mənimlə yaşasa, arvadı ilə yata bilməz - VİDEO

Комментарии (0)

Оставить комментарий