Bolmeler
» » "Qadın əri üçün yemək bişirmək istəmirsə, deməli, xanımlıqdan uzaqdır" - "Şöşü"

"Qadın əri üçün yemək bişirmək istəmirsə, deməli, xanımlıqdan uzaqdır" - "Şöşü"

"Qadın əri üçün yemək bişirmək istəmirsə, deməli, xanımlıqdan uzaqdır" - "Şöşü"


“Bozbash Pictres”dən Şöşü ləqəbi ilə tanınan aktyor Ramil Babayev Publika.az-ın “Üç nöqtə” layihəsinin yarımçıq qalan suallarını cavablandırıb.

- İndiki ağlım olsaydı...

- İdmanı atmazdım, məktəbi axıra kimi oxuyardım. Cüdo üzrə milli yığmada güləşmişəm, iki dəfə respublika çempionu olmuşam. İdmanı pula görə atdım. İdmandan uzaqlaşdıqdan sonra o ölkəmizdə inkişafa doğru getməyə başladı.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Bütün atom bombalarını, bütün silahları məhv edərdim, sərhədləri və pulu yox edərdim.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Yoldaşım kimi xanımlara...

- Seviləsi qadın olmağın ilkin şərti...

- Qadın öz xanımlığını, məlahətini, incəliyini qorumalıdır. Ümumiyyətlə, qadının düzgün yolda olmasında birbaşa əri məsuliyyət daşıyır. Hər bir kişi daim həyat yoldaşının qayğısına qalmalıdır ki, ailədə problem yaranmasın, gözü başqasına baxmasın.

Dadlı yemək bişirməsi vacib şərt deyil. Yemək bişirə bilməyən qadını günahlandırmaq olmaz. Lakin o da həqiqətdir ki, qayğıkeş qadın ərinin həm qəlbini, həm də mədəsini dadlı yeməklərlə sevindirməyə çalışır. Əgər hər hansı qadın əri üçün yemək bişirmək istəmirsə, deməli, xanımlıqdan uzaqdır. Xanım işlərini görməkdən imtina edən qadın xanımlıqdan da uzaqlaşır.

- Yaşımı ona görə gizlədirəm ki...

- Yaşımla bağlı kompleksim yoxdur. İnsanı gənc saxlayan onun beynidir. Yaş və digər problemləri özünə dərd edən insan günü-gündən əlbəttə ki, qocalacaq. Özünü ruhən gənc hiss etsən, zahirən də cavan görünəcəksən. Gənc qalmaq istəyirsinizsə, həyata nikbin gözlərlə baxın.

- Qadına qarşı şiddət...

- İncə məxluqa necə əl qaldırmaq olar? Qadına şiddət, güc tətbiq etmək kişilik deyil, şərəfsizlikdir.

- Vicdan...

- Vicdan mənim üçün insanın qəlbinin təmizliyini ifadə edir. Özüm haqqında deyə bilmərəm ki, vicdanlıyam, düzgün olmaz. Lakin xarakterim icazə vermir ki, kiminsə haqqını tapdayım, kimisə incidim. Küçədə dönəri utana-utana yeyirəm ki, birdən kənardan ac adam görüb ürəyi çəkər.

- Tez-tez təəssüf edirəm ki...

- Ümumiyyətlə, tez-tez təəssüflənmək yaxşı hal deyil, insanı həm ruhən, həm də fiziki baxımdan yorur. Baş verən hər bir pis hadisə yaxşılığa doğrudur. Odur ki, heç nəyin peşmançılığını çəkməyə dəyməz. İşiniz düz gətirməyibsə, deməli, Yaradan belə buyurub.

İdmanı atdığım üçün əvvəllər təəssüf edirdim. İş elə gətirdi ki, aktyor oldum, Şöşü kimi məşhurlaşdım.

- Vanqa nənə ilə görüşsəydim...

- Soruşardım ki, öncəgörmələri doğrudur, ya uydurma? Həyatım və ya gələcəyimlə bağlı sual verməzdim. Bu, Allahın işidir. Falçılar və ya ekstrasenslərin gələcəyi görə bildiyinə inanmıram. Gələcəyi əvvəlcədən bilmək kimə maraqlıdır? Bu zaman yaşamağın bir mənası qalmazdı.

- Küsülü olduğum insana demək istəyirəm ki…

- Şükürlər olsun ki, küsülü olduğum insan yoxdur. Kiminsə xətrinə dəyəndə üzr istəməyi bacarıram.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Biz heç vaxt tək deyilik. Yaxınlarımız, dostlarımız yanımızda olmasa da, sevgisi daim bizimlədir. Hətta deyərdim ki, dünyasını dəyişən doğmalarımızın ruhları da bizimlədir. Biz özümüzlə danışanda da tənha deyilik.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Özümü elə göstərirəm ki, guya xəbərim yoxdur. Üzünə vurmuram, yaxşı xüsusiyyət deyil.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Hamımız eyni olsaydıq, dünya rəngsiz olardı.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Müharibələrin bəşəriyyətə vurduğu zərbələri nəzərə alsaq, müsbət düşünə bilmirəm.

- Günahlarım yadıma düşəndə...

- Dua edirəm ki, Allah onları bağışlasın.

- Dostlarıma ən çox onu məsləhət görürəm ki…

- Dürüst olsunlar, həmişə deyib-gülsünlər və həyatın nəbzini tutmağı bacarsınlar.

- Ata nəsihəti...

- Hər yaşın öz nəsihəti var. Uşaqlarım məktəblidir. İndiki dövrdə ən dəyərli ata nəsihəti odur ki, dərslərini yaxşı oxusunlar, valideynlərini incitməsinlər.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- İtirməmişəm.

- Qarşılaşdığım ən böyük ədalətsizlik...

- Yaşadıqlarımdan şikayətlənməyəcəm, hər bir çətinliyi həyatın sınağı kimi qəbul edirəm.

- Heç vaxt heç kimə icazə vermirəm ki...

- O, ixtiyar sahibi deyiləm ki, kiməsə qadağa qoyum. Evdə sdəcə yoldaşıma və uşaqlarıma cavabdehəm.
- O zaman düşünmədən riskə gedirəm ki...

- Qərarlarımı riskə atmağı sevmirəm, addım atmazdan əvvəl yüz ölçüb, bir biçirəm.

- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...

- Beynim avtomatik olaraq həll yolu tapır.

- İlkin Həsənidə bəyənmədiyim xüsusiyyət odur ki...

- Çox tənbəldir. Bütün mübahisələrimiz bunun üstündə baş verir.

- Yaxşı gündə, pis gündə...

- Dostlar yanımızda olsun.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.

- Minnətdaram.скачать dle 11.0фильмы бесплатно


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Şou-biznes Baxilib: 63 Muellif: Admin Tarix: 9-10-2018, 16:39
XEBER LENTI
20+ фото, которые больше похожи на фейк, но они настоящиеYumurtanı bu halda yemək ÇOX ZƏRƏRLİDİRAcı bibər yeyənlər daha sağlamdırQarın və beldə yığılan piylərdən xilas edən vitamin. MənbələrXoşbəxt nikahın sirri. Ər-arvad arasında yaş fərqi bu qədər olmalıdırÜzü cavan saxlamağın ucuz və təhlükəsiz yoluGünortalar 30 dəqiqə YATIN: NƏTİCƏSİ İNANILMAZDIRİtkin düşən azərbaycanlı gəmi kapitanının axtarışları dayandırıldıDaha 2 erməni hərbçisi minaya düşdüBakıdakı külək təhlükəli həddədir? - AÇIQLAMAÖlkəyə gətirilən ətin miqdarı 15 faiz artıb – 1 kiloqramı 2,5 manata başa gəlir...Murad Bozdan örnək davranışAzərbaycana ən çox hansı ölkələrdən gəlirlər?Dünya ölkələrində təbii anomaliyalar qeydə alınıb - VİDEOQış süfrələrindən əksik etməyin - Yarpaqları da çox faydalıdırQərargah hava ilə bağlı son dəqiqə məlumatı yaydıYuxu nədir, insan niyə yuxu görür? — BU GÜNƏ QƏDƏR BİLMƏDİYİMİZ HƏQİQƏTLƏRDiqqət! Xəzər dənizində dalğanın hündürlüyü bu həddə çatdıBakıya yeni gətirilən zibil qutusu yandı - FOTOAzərbaycanda yayılmış vahiməli "Whatsapp" səs yazısı barədə RƏSMİ AÇIQLAMA50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTOHava şəraiti ilə bağlı hərbi hissələrə GÖSTƏRİŞ VERİLDİSabahkı hava ilə bağlı bu yerlərdə iş olmayacaq- Nazirlər Kabineti aydınlıq gətirdiFHN də gücləndirilmiş iş rejiminə keçdi - Nazir tapşırıq verdiSON DƏQİQƏ – Azərbaycanda bütün məktəblərdə dərslər DAYANDIRILIR
Reklam
Teqvim
«    Январь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Facebook-da biz