Среда
сен 12

"Ufak Tefek Cinayetler"in yeni mövsümündə nələr yaşanacaq? - VİDEO

"Ufak Tefek Cinayetler"in yeni mövsümündə nələr yaşanacaq? - VİDEO


“Ufak Tefek Cinayetler” serialının yeni mövsüm fraqmenti yayımlanıb.

MAY.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, səbirsizliklə gözlənilən serialın 33-cü bölümündə həyəcan dolu anlar yaşanacaq. Qatili tapdığını deyən polis bir nəfəri gözaltına alacaq. Bəs bu şəxs kim olacaq?

Cinayəti araşdıran Kamal və Hayal: Merve, Serkan, Oya, Pelin, Arzu, Mehmet, Taylan və Burcudan ifadə alacaq. Onlardan biri “Günahı başqasının üstünə yıxmaq və qəsdən adam öldürməkdə" təqsirli bilinirək nəzarətə alınacaq. İndi hər kəsi bu adamın kim olduğunu narahat edir.

Sonuncu fraqmentdə serialının yayım tarixi də müəyyən olun. Layihə 18 Sentyabrda, Çərşənbə günü Star Tv-də ekranlara gələcək.

2-ci fraqmentdə isə Oya hadisələrin daha da dəhşətli hal alacağı barədə proqnoz verib: "Nələr yaşadıq, bir-birimizə nələr etdik... Kartlarımızı dəfələrlə bölüşdük. Bitdi, güman edirdim ki, buraya qədərdir. Sən demə yaşadığımız hər şey daha başlanğıc imiş. O günə qədər qumda oynayan uşaqlar imişik. Bundan sonrası daha qanlı, daha dağıdıcı və çox daha sürprizlidir”.

Комментарии (0)

Оставить комментарий