Суббота
июл 16

Roza Zərgərlidən yeni mahnı

Roza Zərgərlidən yeni mahnı


Roza Zərgərli yeni mahnı oxuyub.

May.Az xəbər verir ki, ifaçı sözləri Zelfi Bədəlova, musiqisi və aranjimanı Elvin Musayevə məxsus "Ayrıldıq nədən” adlı mahnı oxuyub.
"Yeni mahnıya klip çəkməyi planlaşdırırıq. Çəkilişləri xaricdə etməyi düşünürəm. Sentyabr ayında Yaltada keçiriləcək «Şərq bazarı» («Vostoçnıy bazar») adlı musiqi yarışmasına münsif qismində dəvət almışam. Onlardan da maraqlı təklif gəlib. Ola bilsin ki, klipin çəkilişlərini Krım Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaltada gerçəkləşsin» - deyə, R.Zərgərli deyib:
«Doğrudur, hələ də istirahətə getməmişəm, yaradıcılığımla məşğulam. Yeni mövsüm üçün «İctimai» kanalda aparıcısı və müəllifi olduğum «Bakı vaxtilə» verilişinin hazırlıqlarını görürəm. Amma buna baxmayaraq, on günlük istirahət etməyi planlaşdırıram. Həmçinin növbədə artıq hazır olan yeddi mahnım var ki, onları da istirahətdən qayıtdıqdan sonra təqdim edəcəyəm. Bir böyük layihə üzərində də çalışıram. Amma bu qoy sirr olaraq qalsın. Ancaq onu deyə bilərəm ki, bu layihə ilə Azərbaycan mədəniyyətinə və incəsənətinə daha da böyük töhfə vermiş olacağam”.


Комментарии (0)

Оставить комментарий