Ərini döyənlərə təşəkkür etdi
Türkiyəli yazıçı Selen Pınar Işıkın həyat yoldaşı Sərhat Osman Karagöz gecə klublarının birində döyülüb.
Selen tvitter hesabında paylaşım edib və həyat yoldaşını döyənlərə təşəkkürünü bildirib:
“Dünən məkanlardan birində həyat yoldaşımı döyüblər. Məkan haqda sərt fikirlər yazmaq istəyərdim, amma onu döyənlərə təşəkkür edirəm. Allah razı olsun”.
Qeyd edək ki, ikili bir müddət əvvəl boşanmaq üçün məhkəməyə baş vurmuşdu. Lakin sonradan barışmışdı. (axşam)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Şou-biznes Oxunub: 722 Tarix: 2-09-2018, 11:21