Среда
авг 15

İsrail "Eurovision" üçün istənilən məbləği ödədi

İsrail "Eurovision" üçün istənilən məbləği ödədi


İsrail bir müddətdir davam edən “Eurovision”la bağlı problemi həll edib.


MAY.AZ-ın xarici KİV-ə istinadən xəbərinə görə, İsrailin “Kan” ictimai yayım korporasiyası Avropa Yayım Şurasına (EBU) 12 milyon avro zəmanət haqqı ödəməli idi. Bunun üçün İsrailə dünənə qədər vaxt verilmişdi. Yalnız bu ödənişdən sonra ölkədə “Eurovision-2019”-un keçirilməsinə razılıq veriləcəkdi.

Ödəniş EBU tərəfindən qoyulmuş müddətin son günündə, Maliyyə Nazirliyinin krediti hesabına həyata keçirilib. Yarışmanın ümumi büdcəsi daha sonra müzakirə ediləcək.Qeyd edək ki, “Eurovision-2018”-in qalibi israilli müğənni Netta Barzilay olub.

Комментарии (0)

Оставить комментарий