Воскресенье
авг 05

"Reytinq xətrinə gözdən salanlar, indi necə halallıq alacaqsınız?" - Məşhur müğənni od püskürdü

"Reytinq xətrinə gözdən salanlar, indi necə halallıq alacaqsınız?" - Məşhur müğənni od püskürdü


Məşhur müğənni Elçin Cəfərov Anar Nağılbazın ölüm xəbəri haqda danışıb.

MAY.AZ sonxeber.az-a istinadən xəbər verir ki, məşhur müğənni mərhum reper Anar Nağılbaz vaxtıykən lağa qoyanları sərt tənqid edərək bunları deyib:

"Bu insanın haqqına girənlər, kimsə gülsün, kiməsə xoş gəlsin deyə lağa qoyanlar, reytinq xətrinə gözdən salanlar, indi necə halallıq alacaqsınız?!! Bunu heç düşündünüzmü? İndi ölən andan hamının yazığı gəlməyə başlayıb. Nə bilim... Başqasının həyatına sərf edəcəyimizə, özümüzdə o qədər qüsur var ki, onları düzəldək məncə. Allah rəhmət eləsin!"

Комментарии (0)

Оставить комментарий