Пятница
авг 03

Həbsdə olan Fədayə Laçın "ev dustaqlığı"na buraxılır? - Məhkəmə QƏRAR VERDİ

Həbsdə olan Fədayə Laçın "ev dustaqlığı"na buraxılır? - Məhkəmə QƏRAR VERDİ


Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

MAY.AZ Trend-ə istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq islasında təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, təqsirləndirilən şəxslərin himayələrində azyaşlı övladları var.

Bildirilib ki, Fədayə Laçının isə himayəsində 24 yaşlı övladı var.

Prosesdə vəkillər təqsirləndirilən şəxslərin barələrindəki həbs qətimkan tədbirinin "ev dustaqlığı"na dəyişdirilməsi ilə bağlı vəsatətlər təmin edilməyib.

İş üzrə məhkəmənin baxış iclası avqustun 8-nə təyin olunub.

Комментарии (0)

Оставить комментарий